Azərsun Ticarət və Dağıtım
Azərsun Ticarət və Dağıtım MMC 19.05.2003 tarixindən etibarən fəaliyyət göstərməyə başlamışdır. Müəssisənin əsas fəaliyyət növü ticarətdir.
Mühasibatlıq, Planlama, Təftiş şöbəsi, Satış şöbəsi, Təsərrüfat şöbəsi və Respublikamızın müxtəlif rayonlardakı şəhər anbarları (Xaçmaz şəhər anbarı, Sumqayıt şəhər anbarı, İmişli şəhər anbarı, Əli-Bayramlı şəhər anbarı, Cəlilabad şəhər anbarı, Lənkəran şəhər anbarı, Kürdəmir şəhər anbarı, Şəki şəhər anbarı, İsmayıllı şəhər anbarı, Qazax şəhər anbarı, Gəncə şəhər anbarı və Yevlax şəhər anbarı) bu müəssisənin tərkibində fəaliyyət göstərməkdədirlər.
“Azersun Holding” MMC tərəfindən istehsal olunan bütün ərzaq və təmizlik məhsullarının ticarətini həyata keçirir. Topdan və pərakəndə satış bölgələrinə, Bakı şəhərində və Respublikamızın 12 (on iki ) şəhərinə pərakəndə və nümayəndələr vasitəsi ilə məhsulların topdan satışını təşkil etməkdədir.